Bia.Az

"Burada eksternant təhsil almadan şəhadətnamənin qiyməti 1500 manatdır" - ŞİKAYƏT

Cəmiyyət
 3-12-2023, 15:58     903

BİA.az-a daxil olan adaının cəkilməsini istəməyən oxucu məktubunda (adı və ünvanı məlumdur-red.) Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Elnur Quliyevdən şikayət olunur. Həmin şikayət məktubunu oxucuların nəzərinə catdırırıq:

"Mən Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Elnur Quliyevdən şikayətçiyəm.Mən Cəlilabad rayon Göytəpə şəhərində doğulmuşam.Özüm Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 8-ci sinfə qədər oxumuşam.Bəzi səbəblərdən təhsilimi davam etdirə bilmədiyim üçün 9-cu sinfi bitirə bilməmişəm və şəhadətnamə(indiki 9 illik attestat)ala bilməmişəm.Hərbiçi yoldaşıyam. Eksternant yolla imtahana qatılıb 9 illik attestat almaq istəyirəm.Qeydiyyat üçün dəfələrlə məktəbə 8-ci sinfə qədər oxumağımla bağlı arayış istəmək üçün müraciət etsəmdə direktor mənə arayış vermir.Deyir sənin adın sistemdə yoxdur sənə arayış verə bilmərəm.

Direktorun məsuliyyətsizliyi üzündən artıq ikinci ildir ki,mən eksternant yolla imtahana qatıla bilmirəm.Bu il də Elnur Quliyev mənə arayış vermədiyi üçün imtahana qatıla bilmədim.Deyirəm Elnur müəllim mən axı 8-ci sinfə qədər bu məktəbdə oxumuşam, axı necə ola bilər ki,mənə arayış verə bilmirsiz.Deyirəm yaxşı araşdırın görəcəksiz ki, mən həqiqətən bu məktəbdə 8-ci sinfə qədər oxumuşam.Deyir sənin oxumağın əsas deyil əgər adın hansısa siyahıda yoxdursa sənə arayış verə bilmərəm.Mən artıq məktəbə müraciət etməkdən yorulmuşam. Bilmədiyim səbəb üzündən elə hesab edirəm ki, direktor bəhanə edərək mənə arayış vermir. Burada olan insanlardan  eksternant təhsil almadan şəhadətnamənin 1500 manata verilməsi barədə məlumat almışam.

Doğrudur məndən burada pul tələb olunmayıb, ancaq mənə şübhəli gəlir ki, mən oxuduğum halda niyə Elnur müəllim mənə arayış vermir.Yoxsa məni niyə süründürməçiliyə salsın ki.Bir ildir ki, mən dəfələrlə müraciət edirəm amma haqlı olduğum halda məktəb rəhbərliyinin məsuliyyətsizliyi və ya bilmədiyim hər hansı səbəb üzündən müraciətim nəticəsiz qalır,mənə arayış verilmir,mən də imtahana qatıla bilmirəm.Qısası məktəb direktoru etinasızlıq edərək mənim taleyimlə oynayır. Sizə müraciət etməkdən savayı artıq başqa əlacım qalmadı.

BİA.az

скачать dle 12.1