Bia.Az

İsrail səfirliyinə hücumla bağlı yeni mühüm məlumat

Gündəm
 19-11-2023, 13:41     295

Xəbər verdiyimiz kimi, İsrailin Azərbaycandakı səfirliyinin binasına terror hücumuna cəhd edən şəxs tərksilah edilib. Bu artıq neçənci belə cəhddir.

Mövcud HƏMAS-İsrail gərginliyinin davam etdiyi bir zamanda hadisənin arxasında İranın olması ehtimalı artır. İranla danışıqların getdiyi, prezidentlərin yenicə görüşdüyü bir vaxtda bu olay suallar doğurur.
Xatırladaq ki MOUZE Teleqram kanalı hadisə ilə bağlı maraqlı versiya səsləndirib. Kanal bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edənin soyadı Hüseynzadə idi. Qeyd edilib ki, İsrailin Bakıdakı səfirliyinə silahlı hücumu planlaşdılran şəxsin də soyadı Hüseynzadədir.
“Bu, təsadüf deyil. Hər iki terrorun “Hüseyniyyun” qruplaşması ilə əlaqəsi var” – MOUZE bildirib.
Xatırladaq ki, “Hüseyniyyun” terror təşkilatı kimi tanınır.
Maraqlıdır, bu terror cəhdləri sonda baş tuta bilərmi? İran, ona bağlı terror təşkilatları niyə məhz İsrailin Bakıdakı səfirliyini hədəf götürür?
Axar.az xəbər verir ki, politoloq Qabil Hüseynli Globlinfo.az-a açıqlamasında İran-Azərbaycan münasibətlərinin heç vaxt əvvəlki kimi olmayacağını bildirib:
“İki ölkə arasında münasibətlər hazırda normallaşma mərhələsinə daxil olub. Lakin bu proses yekunlaşsa belə, Bakı ilə Tehran əvvəlki kimi münasibətlər sistemi qura bilməyəcək.
İran az qala hər il sərhədlərimizdə təlim keçirir. Bu da azmış kimi, “Səhər” telekanalı başda olmaqla, SEPAH-a bağlı Teleqram kanalları Azərbaycanı təhdid edir.
İki ölkə arasında qarşılıqlı iqtisadi maraqlar var. Bu baxımdan münasibətlər birdəfəlik dayandırıla bilməz. Lakin siyasi münasibətlərdə etimadsızlıq davam edir. Xüsusilə rəsmi Tehranın Azərbaycanda dini ideologiya üzərindən apardığı yumşaq güc siyasəti Bakını narahat edir. Məhz buna görə də Azərbaycan tərəfi ölkə daxilində vaxtaşırı İran agentura şəbəkəsinə qarşı əməliyyatlar keçirir.
Hesab etmək olar ki, İsrail səfirliyinə hücum etməyə çalışarkən yaxalanan şəxslər də məhz ölkəmizdəki İran agenturasına bağlı “Hüseyniyyun” terror təşkilatının üzvləridir.
Ümumilikdə mən bu cəhdlərin yekunda nə iləsə nəticələnəcəyini düşünmürəm. Azərbaycanda diplomatik korpuslar, səfirliklər yüksək səviyyədə mühafizə edilir. Azərbaycan xüsusilə bu məsələdə Vyana Konvensiyasının tələblərini çox ciddiyə alır”.скачать dle 12.1