Bia.Az

İsrailə BÖYÜK ŞOK! Türkiyə hər an bu addımı ata bilər

Dünya
 19-11-2023, 13:32     300

Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Türkiyə İsraillə diplomatik əlaqələri kəsməyi düşünür.

Musavat.com xəbər verir ki, o bu fikirləri Əl-Cəzirə telekanalına müsahibəsində səsləndirib.

Hakan Fidanın sözlərinə, bu cür qərar kollektiv xarakter daşımalıdır:

“Türkiyə İsraillə münasibətləri kəsmək məsələsini nəzərdən keçirir. Lakin biz hesab edirik ki, bu, digər müsəlman ölkələrinin də iştirakı ilə kollektiv qərar olmalıdır”.

O əlavə edib ki, Türkiyə ABŞ-ın İsraili tam dəstəkləməsini qəbul etmir və rəsmi Ankara atəşkəs əldə olunana qədər Qəzza zolağında müharibədən sonrakı vəziyyət barədə danışıqlardan imtina edir.скачать dle 12.1