Bia.Az

Ferma sahibinin oğlunu öldürüb, izi itirmək üçün binanı yandırdı - TƏFƏRRÜAT - VİDEO

Hadisə
 19-11-2023, 13:27     296

Tovuzda ferma sahibinin oğlu küt alətlə qətlə yetirilib, sonra isə izin itirilməsi məqsədi ilə bina yandırılıb.

Hadisə Aşağı Öysüzlü kəndindəki "Ağ dağ" adlanan ərazidə, rayon sakini Habil Məmmədova məxsus fermada baş verib.

İlkin məlumata görə, rayon sakini 35 yaşlı Eldar İbrahimov sərxoş vəziyyətdə çobanlıqla məşğul olduğu fermanın sahibinin oğlu, 25 yaşlı Nicat Məmmədovla mübahisə edib. O, mübahisə zamanı dəmir materiallı küt alətlə Nicat Məmmədova zərbə vuraraq onu qətlə yetirməkdə şübhəli bilinir.

Mərhumun yaxınları bildiriblər ki, fermanın sahibi Habil Məmmədov qəssabdır və heyvandarlıqla məşğul olub. Hadisədə şübhəli bilinən Eldar İbrahimov da bir müddətdir ki, bu fermada çobanlıq edirmiş.

Məlumata görə, hadisədən sonra Eldar İbrahimov dərhal əraziyə yanğınsöndürən çağırıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi ilə yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub. Yanğın söndürüldükdən sonra hadisə yerinin müayinəsi zamanı tikilinin içərisində 25 yaşlı gəncin yanmış meyiti aşkar edilib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

скачать dle 12.1