Bia.Az

Dağıstanda partlayış: Güləş üzrə keçmiş Azərbaycan çempionu yaralandı

Hadisə
 17-11-2023, 02:58     354

Dağıstanda baş verən partlayış nəticəsində Buynaksk administrasiyası rəhbərinin müavininin əli biləyindən amputasiya edilib.

Məlumata görə, 30 yaşlı Qəmzət Osmanov qumbaranın partlaması nəticəsində yaralanıb. Həmin vaxt o, Buynaksk şəhərinin Çkalova küçəsindəki 27 saylı evin binalarından birində olub.

Bildirilir ki, partlayış təsadüfi olub və Qəmzətin sol əli qopub. O, Buynaksk xəstəxanasına aparılıb və əli amputasiya edilib.

Xatırladaq ki, Qəmzət Osmanov 2013-cü ildə sərbəst güləş üzrə Azərbaycan çempionu olub. Hazırda Buynaksk administrasiyası rəhbərinin müavini vəzifəsində çalışır.//Oxu.azскачать dle 12.1