Bia.Az

Mətbuat azadlığına qarşı yönələn biabırçı addım... - Nazirdən reaksiya

Dünya
 17-11-2023, 17:52     330

ürkiyənin Kommunikasiya naziri Fahrettin Altun İsrail polisinin Qüdsdə TRT Xəbər komandasına hücumuna reaksiya verib.

Bakupost.az TRT-yə istinadla xəbər verir ki, nazir jurnalistlərə hücumu pisləyib.

"İsrail polisinin Qüdsdə TRT Xəbər komandasına hücumunu pisləyir, TRT ailəsinə "keçmi olsun" deyirəm", - nazir vurğulayıb.

Fahrettin Altun bildirib ki, İsrail, əsgərlərindən tutmuş polisinə qədər bütün silahlı ünsürləri ilə beynəlxalq hüququ pozmağa davam edir, hər hansı qayda və prinsipə məhəl qoymur:

"TRT Xəbər komandasına çirkin hücum İsrailin mətbuat azadlığına qarşı yönələn biabırçı addımıdır. Körpələri, qadınları, qocaları, əlilləri, jurnalistləri qətlə yetirməyə davam edən, mətbuat mənsublarının öz vəzifələrini yerinə yetirməsinə mane olan İsrailə qarşı beynəlxalq ictimaiyyət daha çox etiraz etməlidir".
скачать dle 12.1