Bia.Az

“Rusiyanın Putindən sonrakı prezidenti...” - Peskov

Dünya
 17-11-2023, 14:26     319

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin yeni prezidentlik müddətinə namizəd olacağına ümid edir və bu halda qələbəsinə əmindir.

Teleqraf.com xəbər verir ki, o, növbəti ölkə rəhbərinin Putinin əldə etdiklərini qoruyub saxlaya bilib-bilməyəcəyini söyləməyin çətin olduğunu deyib.

“Putin hələlik prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıqlamayıb. Amma ürəkdən inanmaq istəyirəm ki, bunu edəcək. Onun seçkilərdə qalib gələcəyinə, bundan sonra da prezidentimiz olacağına şübhəm yoxdur. Sonra baxarıq”, – Rusiya rəsmisi bildirib.

Peskov qeyd edib ki, Rusiyanın növbəti prezidenti Putin kimi olmalıdır. O, “Rusiyanın növbəti prezidenti necə olmalıdır” sualına “Eyni” cavabını verib. Bunun mümkün olub-olmayacağı ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq Peskov deyib: “Fərqli, amma eyni”.

Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.скачать dle 12.1