Bia.Az

Zəngəzur dəhlizinə qarşı Lars yolu: Qazaxda keçid bağlanır... - Kritik gəlişmə

Gündəm
 9-11-2023, 11:04     320

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Cümşüd bəy, Azərbaycan sülh üçün 5 şərt təklif etdiyi halda Ermənistan 3 şərt üzərində razılığın olduğunu bildirdi. Bunun həmin təkliflərlə bağlı olub-olmadığı da açıqlanmayıb...
- BMT Nizamnaməsindən irəli gələn 10 prinsipdən 5-ni Azərbaycan əsas götürərək Ermənistana sülh təklifi irəli sürüb. Artıq ərazi bütövlüyü ilə bağlı Ermənistanın mövqeyi elan olunub. Almatı bəyannaməsinə istinad edilib. Kommunikasiyaların açılması ilə bağlı razılıq olsa da sərhədlərin delimitasiyası ilə bağlı konkret mövqe açıqlanmır. Erməni tərəfi narahatlığı isə sərhədlərin dəqiqləşməsi məsələsində hansı xəritələrin əsas götürülməsi ilə bağlıdır.
- Xəritələrlə bağlı uç ildir fərqli fikirlər səslənir. Azərbaycan hansı illərin xəritələri üzərində dayana bilər?
- 1925-ci il xəritələri əsasında sərhədlərin birmənalı şəkildə dəqiqləşməsi Azərbaycan üçün əlverişlidir. Çünki Azərbaycan keçmiş SSRİ-nin tərkibinə daxil olan zaman Naxçıvanla bütöv əraziyə malik idi, yəni ortadan hansısa torpaq bölünüb verilməmişdi. Ərazilərimiz 86,6 min kv km deyil, 100 min kv km-dən artıq idi. 1929-cu ildə isə Naxçıvanın 9 kəndi və Nüvədi kəndi Ermənistana birləşdirilib. 8-9 min kv km ərazimiz SSRİ-yə daxil olduqdan sonra Ermənistana verilib. Sonuncu kəndlər 1984-cü ildə Qazax rayonu istiqamətində Ermənistana güzəştə gedilib.
- Sizcə qarşı tərəfin 1975-ci il xəritələri ətrafında manipuliyasiyası nəyə hesablanıb?
- Erməni tərəfi 1975-ci il xəritələrini məhz anklavlara görə önə çəkir. Azərbaycan sözsüz buna getməyəcək. 1925-ci ilin xəritlərində isə Azərbaycanın anklavları yox idi. Onlar ərazilərimizə bitişik olub. Ona görə də, 1925-ci ilin xəritələri Azərbaycan üçün daha məqbuldur. Bu ilin xəritələri əsasında delimitasiya aparılsa Naxçıvan problemi birmənalı şəkildə həll edilir. Ermənilərin qorxusu da bununla bağlıdır.
- Kommunikasiya xətlərinə nəzarətlə bağlı Ermənistan birmənalı mövqe sərgiləyir. Belə olan halda razılaşmanın 9-cu bəndində hansısa dəyişiklik olması ehtimalları yaranırmı?
- Paşinyan bu mövqeyi Fransanın, ABŞ-ın və Avropanın təkidi ilə sərgiləyir. Onlar Paşinyanı baş salıb ki, əgər Rusiya Federal Xidməti Zəngəzur dəhlizinə nəzarət edəcəksə hər şey rusların əlində olacaq. Bu da Avropaya və Ermənistana sərf etmir. Amma Paşinyan anlamır ki, dəhlizə Avropanın nəzarəti onun İranla əlaqələrinin kəsilməsi deməkdir.
- ABŞ və Avropanın dəhlizlə bağlı bu mövqeyi nəyə görədir?
- Vaşinqton İranla bağlı siyasətinə görə, ordusunu bu bölgəyə daxil etməyə çalışır. Azərbaycan ərazisində bunu etmək mümkün deyil. Qanunla qadağan edilib. Eyni zamanda Azərbaycan ərazisindən başqa dövlətə qarşı istifadə edilə bilməz. Bu amil Qərbi o cümlədən ABŞ-ı çətin vəziyyətə salıb. Ona görə də, Qərb Ermənistanda öz hərbi mövcudluğunu yaratmağa cəhd edir.
- Zəngəzur dəhlizinə qarşı Lars yolu arqumenti gündəmə gətirilir. Qazağın 7 kəndinin geri qaytarılması fonunda Azərbaycan Ermənistanın yeganə nəfəsliyi, yəni Gürcüstan üzərindən Rusiyaya çıxışını necə bağlaya bilər?
- Qazağın 7 kəndi Lars yolunun üzərindədir. Burada həmin kəndlərin bir neçəsi Qazax rayonunun ərazisinə bitişikdir. Beləliklə Ermənistan sərhəddinin burada keçməsi mümkün olmur. Sərhədlər geri çəkiləndə Lars yolu Azərbaycanın nəzarətinə keçir. Azərbaycan istənilən vaxt işğalda olan bu kəndlərinə görə, hücuma keçib erməniləri oradan vurub çıxara bilər. Ola bilsin ki, Azərbaycan Ordusu yaxın bir-iki ay ərzində həmin kəndləri geri qaytarsın. Çünki Azərbaycan Ermənistana Zəngəzur dəhlizi ilə Laçın yolunda bu məsələni sübut edib. İkinci dəfə Qazax istiqamətində bu məsələ gündəmə gəlir. Üçüncü həmlədə isə Ermənistan Zəngəzur dəhlizini açmaq məcburiyyətində qalacaq.скачать dle 12.1