Bia.Az

Ordumuz İrəvan boyda ərazini nəzarətə götürdü – Gerçək bilindi

Siyasət
 4-11-2023, 13:53     440

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iddia edir ki, guya ölkəsinin 200 kvadrat kilometr ərazisi Azərbaycanın nəzarəti altındadır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, söhbət işğal dövründə İrəvanın dövlət sərhədini qanunsuz olaraq irəli çəkməsi nəticəsində Ermənistanın nəzarətinə keçən ərazilərdən gedir:

“44 günlük müharibədən sonra Azərbaycanın dövlət sərhədini bərpa etməsi ilə həmin ərazilərə nəzarət təmin olunub. Bu, təxminən İrəvan şəhərinin ərazisi (230 kv.km) qədərdir. Erməni mediası da Mirzoyanın iddiasını “Azərbaycan İrəvan boyda əraziyə nəzarət edir” qeydi ilə tirajlayıb”скачать dle 12.1