Bia.Az

MASAZIR DUZ GÖLÜNDƏ BİYABIRÇILIQ- KANALİZASİYA XƏTLƏRİ BİRBAŞA GÖLƏ AXIDILIR- FOTO/VİDEO

Sosial
 2-11-2023, 01:25     859

Ərazidə yaşayan sakinlər Ekologiya.az-a bildiriblər ki, gündəlik həyatda istifadə etdiyimiz duzun mənbəyi, Masazır duz gölünə kanalizasiya xətləri birbaşa axıdılır.  Sakinlərin haqlı narazılıqlarını nəzərə alaraq əməkdaşlarımız sözügedən ərazidə olublar. Və həqiqətən şahidi olublar ki, kanalizasiya xətləri gölə axıdılır. Əməkdaşlarımız Masazır Duz Zavodunun rəhbərliyi ilə əlaqə saxlaya bilməsələr də, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Müraciət zamanı bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırma başlanıb. 
Əməkdaşlarımız Azərsun şirkətinin rəsmiləri ilə telefon əlaqəsi yaradıb. Azərsun şirkətindən bu məlumatı təkzib ediblər və fakt istəyiblər.

Buyurun Azərsun buda fakt!!!



https://www.youtube.com/shorts/w2nJjWhftnY


скачать dle 12.1