Bia.Az

Bakı artıq bu hücumlardan bezib - Razuvayev

Siyasət
 27-10-2023, 20:39     388

Azərbaycan uzun müddətdir ki, AB-dən edilən müxtəlif hücumlara dözüb, lakin indi, Qarabağın qaytarılmasından sonra nəinki bezib, hətta belə bir addım (görüşlərdən imtina - red.) atmaq imkanı da var. Bundan başqa, Qərb müsəlman dünyasını, türk dünyasını sevmir.

BİA.az xəbər verir ki, bunu rusiyalı siyasi şərhçi Aleksandr Razuvayev Azərbaycanın Avropanın vasitəçiliyinə laqeydliyi haqda danışarkən deyib.
“Niyə Azərbaycan ilkin olaraq ona qarşı mənfi münasibət bəsləyən vasitəçinin “xidmətlər”indən istifadə etməlidir? Üstəlik, bütün problemləri özü həll etdiyi təqdirdə, niyə onların “xidmətlər”indən istifadəyə davam etsin ki?! AB nə qədər zəhər töksə də, faktiki olaraq Azərbaycana qarşı sanksiyalar tətbiq etməyəcək, çünki Bakı mühüm enerji mənbəyidir. Gördüyümüz kimi, sanksiyaların tətbiq olunduğu ölkələr son nəticədə onlara uyğunlaşır. Biz bunu Rusiya və İranın timsalında görürük. Qərəzli vasitəçi ilə iş qura bilməzsiniz. Azərbaycan diplomatik cəhətdən güc və sakitlik nümayiş etdirir. Ermənistan-Azərbaycan münaqişəsinin əsas məsələsi – Qarabağ problemi qapanıb. Vəssalam. Bunu Putin, Lavrov və Rusiya hökumətinin bütün nümayəndələri deyib. Azərbaycana təzyiq etmək olmaz. Xüsusən də Bakı Qarabağı tamamilə qaytardıqdan sonra. İndi Azərbaycan - incə, diqqətlə, diplomatik yolla göstərir ki, bundan sonra hansı addımın atılacağını vasitəçilər deyil, məhz özü seçir. Amma Qərb Cənubi Qafqazda mövcudluğunu gücləndirəcək. O, vassalının olmasını istəyir. Bu isə təkcə Rusiyaya qarşı deyil, həm də Türkiyə, İran və Azərbaycana qarşıdır”, - o bildirib.

Qeyd edək ki, oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan beştərəfli görüşə Azərbaycan qatılmamışdı. Eyni zamanda, oktyabrın sonunda Brüsseldə şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli görüşdən də Azərbaycan Prezidentinin vaxt azlığından imtina etdiyi bildirilir./Axar.azскачать dle 12.1