Bia.Az

“Axı mən də ofisiant işləmişəm...” – Razi Nurullayev keçmiş həmkarlarından ŞİKAYƏTLƏNDİ

Cəmiyyət
 25-10-2023, 13:32     370

Deputat Razi Nurullayev xidmət sektorundakı problemlərlə bağlı maraqlı paylaşım edib.
 
Sfera.az bildirir ki, o, ofisiantlarda müşahidə etdiyi detallarla bağlı təəssüratlarını bölüşüb.
 
“Ofisiantların ən yaxşı bacardığı işlərdən biri əlini bir dəfə silib qoyduğun salfetkanı yoxa çıxarmaqdır. Bir də görürsən ki, göz qırpımında yoxa çıxdı. Həm lap çoxlu salfetkalar israf olunur, həm də dayanmadan salfetka axtarışına çıxırsan. Xidmət göstərmək salfetkanı anında yoxa çıxarmaqla olmur”.
 
Millət vəkili həmçinin qeyd edib ki, məclislərdə də başqa problemlər olur:
 
“Toyda, restoranda ilk əvvəl içməyə nə süzdülərsə, axıra kimi onu içməyə məhkumsan. Səylə içirsən, tez qurtarsın ki, başqa cür su, meyvə şirəsi deyəsən. Amma boş stəkanı yerə qoymağınla eyni cür içkinin doldurulması bir olur. Başqa şansın olmur. Məcbursan, tədbirin sonuna kimi eyni içkidən içəsən. Bunları sizləri özümə çox yaxın bilib deyirəm. Axı mən də ofisiant işləmişəm”.скачать dle 12.1