Arxiv

Oxunub:299 / 29 may 08:26idman

“Real Madrid” çempion



“Real Madrid” çempion




















“Kral klubu” “Atletiko”nu penaltilər seriyasında üstələyib

UEFA Çempionlar Liqasının finalında Madrid derbisində “Real” “Atletiko”ya qalib gəlib.

Görüş mayın 28-də Milanın “San-Siro” stadionunda keçirilib.

Oyunun əsas vaxtı 1:1 hesablı bərabərliklə bitib.

“Real”ın müdafiəçisi Serxio Ramos matçın 15-ci dəqiqəsində hesabı açıb.

“Atletiko” cavab qolunu oyunun 79-cu dəqiqəsində vurub. Meydana sonradan daxil olan Farreyra-Karrasko fərqlənib.

Əlavə olunmuş vaxtda da qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə “Real” futbolçuları daha dəqiq olublar və 11-ci dəfə Çempionlar Liqasının kubokunu başları üzərinə qaldırıblar.