Bia.Az

Baxçalı Mahmud Abbası ifşa etdi - Video

Gündəm
 19-10-2023, 15:25     306

Hazırda davam edən İsrail-Fələstin savaşı və Türkiyədə İsrailə qarşı kütləvi etiraz aksiyaları fonunda MHP sədri Dövlət Baxçalının iyun ayında Fələstinlə bağlı çıxışı sosial şəbəkələrdə gündəmə çevrilib.

Axar.az xəbər verir ki, Dövlət Baxçalı çıxışında Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasın Çinə səfəri zamanı uyğur türkləri haqqında səsləndirdiyi fikirləri xatırladıb və bildirib ki, M.Abbas uzun müddətdir Çinin uyğur türklərinə qarşı zülmünə dəstək verir:

“Bir müddət öncə Çində səfərdə olan Mahmud Abbas Pekinin Uyğur Bölgəsindəki tədbirlərini bir daha haqlı hesab edib və deyib ki, Çin terrorçularla mübarizə aparır. Tez-tez Çinlə Fələstinin dost olduğunu səsləndirən Abbas bu dəfə uyğur türklərini terrorçu adlandırıb”.

Mahmud Abbasın bu açıqlamasının türk millətinə qarşı haqsızlıq olduğunu deyən Baxçalı illərdir Türkiyənin İsrail işğalına qarşı Fələstinin yanında olduğunu xatırladıb.

“Fələstin lideri PKK və ya FETÖ-ya səsini çıxardımı? Bizə dəstək mesajı paylaşdımı? Etməyi ağlından belə keçirmədi. Terror Şərqi Türküstanda deyil, Qəndildədir”, - Baxçalı bildirib.

скачать dle 12.1