Türkiyə seçim etməlidir: ya biz, ya da… – Şinas
“Türkiyə Avropa İttifaqı-Qərb-NATO ilə Rusiya-İran-HƏMAS arasında seçim etməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti, yunan siyasətçi Marqarit Şinas deyib.
“27 Avropa İttifaqı ölkəsi yekdilliklə İsrailin özünümüdafiə hüququnu tanıdı. Ankaranın da cavabı açıq olmalıdır”, – Şinas bildirib.