Bia.Az

Xətib İsraili təhdid etdi: Sarsıdıcı zərbələr alacaqsınız!

Dünya
 13-10-2023, 14:48     478

İsrail daha ağır, möhkəm və sarsıdıcı zərbələr alacaq.

Axar.az xəbər verir ki, bunu İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib Ərdəbil şəhərində keçirilən toplantıda deyib.

O, HƏMAS-ın İsrailə qarşı hücumunu “islam dünyası üçün böyük qələbə” adlandırıb:

“HƏMAS-ın hücumu nəticəsində İsrailin bölgə ölkələri ilə münasibətlərini yaxşılaşdırmaq istiqamətindəki səyləri iflasa uğradı”.

Xətib digər İran rəsmiləri kimi bölgə ölkələrinin İsrail ilə münasibət qurmalarını tənqid edib, bunun yaxşı nəticələnməyəcəyini bildirib.скачать dle 12.1