Bia.Az

Ronaldu 99 şallaq zərbəsilə cəzalandırıla bilər

İdman
 12-10-2023, 01:30     596

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İran qanunlarını pozduğuna görə 99 şallaq cəzası ilə üzləşib.

Portuqaliyalı Asiya Çempionlar Liqasında “Persepolis”lə oyunda iştirak etmək üçün İrana səfər edib. Kriştianu onun portretini çəkən yerli rəssamla görüşüb. Futbolçu qızı qucaqlayıb öpüb.

İran qanunlarına görə, Ronaldunu “subay şəxs ilə zina etdiyinə görə” 99 şallaq cəzası gözləyir. Qeyd olunur ki, hazırda futbolçuya qarşı işin açılıb-açılmaması məlum deyil.//Oxu.azскачать dle 12.1