Bia.Az

İsraildən ÜZÜCÜ XƏBƏR: musiqi festivalına gələn 260 nəfərin cəsədi tapıldı

Dünya
 9-10-2023, 01:44     406

HƏMAS-ın hücumundan sonra İsrailin cənubunda ən azı 260 musiqi festivalı iştirakçısının cəsədi tapılıb.

Publika.az xəbər verir ki, bu barədə "i24" telekanalı ZAKA tibb təşkilatına istinadla məlumat yayıb .

Hadisə oktyabrın 6-7-də Qəzza zolağı ilə sərhəddə yerləşən Reim kibbutz (kommuna) səhrasında baş verib. Silahlılar şənbə günü səhər festivala hücum ediblər.

Oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından olan fələstinli radikallar İsrailə raket zərbələri endiriblər. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzzada hərbi əməliyyata başlayıb.скачать dle 12.1