Bia.Az

SON DƏQİQƏ! Qarabağdakı separatçı ermənilər yüksək döyüş hazırlığı səviyyəsinə gətirildi

Gündəm
 8-09-2023, 01:50     386

Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4 saylı hərbi korpuslarının fəal şəkildə gücləndirdiyi, son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin çatdırılması barədə məlumatlar təsdiqini tapır. 

Musavat.com xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, təmir və texniki birliklər durmadan işləyir, təmir oluna bilən hər şeyi qaydasına qoymağa çalışırlar. Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki ərazilərdə silahlı qüvvələri yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb.

Təkcə son bir həftədə ehtiyatda olan on minə qədər hərbçi çağırılıb və bunun fonunda erməni hərbi ekspertlər guya ölkədə səfərbərliyin aparılmaması ilə bağlı açıqlamalar verirlər.

Onlar bildirirlər ki, güya bu Azərbaycanın dezinformasiya kampaniyasından başqa bir şey deyil və bununla da erməni ekspertlər dünya ictimaiyyətini çaşdırırlar.


Yaxın vaxtlarda həm öz daxili siyasi hesablamaları, həm də geosiyasi öhdəlikləri olan Nikol Paşinyan rejimi tərəfindən ciddi hərbi təxribat gözləməyə əsas var. Qarabağda resursların məhdud olduğunu nəzərə alsaq, çox güman ki, orada diversiya xarakterli təxribat əməliyyatları aparıla bilər, eyni zamanda əsas döyüş əməliyyatları düşmən tərəfindən bizim Ermənistanla şərti sərhədimizə keçəcək. скачать dle 12.1