Bia.Az

27 illik karyeranın sonu - Cahangir Əsgərov nə ilə yadda qaldı?

Gündəm
 1-09-2023, 20:56     280

"Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovun karyerasına son qoyuldu. O, bu gün ölkə başçısının sərəncamı ilə tutuduğu vəzifədən azad edilib.

Cahangir Əsgərov 1996-cı ildən AZAL-a rəhbərlik edirdi. Həmin il o, AZAL-ın direktoru, 2008-ci ildən isə QSC-nin prezidenti vəzifəsini daşıyıb.
Cahangir Əsgərov 27 illik karyareası dövründə bir sıra qalmaqallarla yadda qalıb. Onun rezonans doğuran qalmaqallarından biri "Abşeron” otellə bağlıdır.

Bu hadisə təxminən 5 il əvvəl baş verib. Həmin vaxt mediada yayılan məlumatlarda bildirilirdi ki, Cahangir Əsgərov "Abşeron” otelinin restoranında pomidor-yumurta çığırtması sifariş edib. Lakin yemək Cahangir Əsgərovun xoşuna gəlməyib. O, kobud şəkildə ofisianta etiraz edib. Yeməyin yaxşı bişirilmədiyini iddia edib. Cahangir Əsgərovun ətrafındakılar müdaxilə edərək qalmaqalın davaya çevrilməsinin qarşısını alıb.
Bundan başqa, Cahangir Əsgərovun AZAL-dakı fəaliyyəti daim tənqid olunub. AZAL-da biletlərin baha satılması, müxtəlif maxinasiyalar və s. bu kimi qanunsuzluqlar barədə mediada kifayət qədər yazılıb.

Cahangir Hacıyevin fəaliyyəti ölkə başçısı səviyyəsində də ciddi tənqid olunub.

"Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün?.. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?", - deyə Prezident İlham Əliyev müşavirələrin birində bildirmişdi./Qaynarinfoскачать dle 12.1