Bia.Az

"Təndirdə kəlağayını başıma atdılar" - 92 yaşlı qadın ərə getməsindən danışdı - VİDEO

Cəmiyyət
 31-08-2023, 22:33     372

“Dədəm evə gəldi, anama dedi ki, Səhnəni dayımın oğluna verdim. O vaxtlar avamlıq dövrü idi. İndi camaatın gözü açılıb”.

Bunu “Qərbi Azərbaycan” xronikası layihəsi çərçivəsində yayımlanan verilişdə 92 yaşlı Səhnə nənə deyib. O, verilişdə atası tərəfindən necə zorla evləndirilməsindən bəhs edib:

“Məni də bir müəllim istəyirdi. Dedim getməyəcəyəm. Ağlaya-ağlaya verdilər məni. Təndirin yanında oturub ayağımı sallamışam. Böyük baldızım gəldi. Mən də ağlayıram. Bir dənə kəlağayını başıma atdılar, kasıbçılıq dövrü idi, üzük də yox idi. Verdilər məni o kişiyə”.

скачать dle 12.1