Bia.Az

Qərb İrəvanı Bakıya qarşı qaldırır: Səbəb budur

Sosial
 29-08-2023, 13:44     536

Son günlər bir sıra Qərb rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlar dalğasının şahidi oluruq. Bu, onunla bağlıdır ki, Qərb Ermənistanın KTMT-dən çıxması və Rusiyadan qopması ssenarisini həyata keçirməkdə davam edir və paralel olaraq NATO ilə daha da sıx əməkdaşlığa doğru sövq edir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Fenenko deyib.

“Təbii ki, heç kim Ermənistanı Şimali Atlantika Alyansına qəbul etməyəcək, lakin İrəvanın Moskvadan uzaqlaşdırılması prosesini formada saxlamaq lazımdır. Bunun üçün Qərb Ermənistan ictimaiyyətini vaxtaşırı Paşinyanın bu cür antiazərbaycan bəyanatları ilə həvəsləndirir. Qarabağ məsələsi ilə bağlı bu cür bəyanatlar və səslənən birmənalı olmayan tezislər Qərbə Ermənistan cəmiyyətinin Avropaya inteqrasiya ilə bağlı boş ümidlərini dəstəkləmək üçün lazımdır. Qərb siqnallar verir: “Bizimlə ol, qisas üçün sənə hər şeyi verəcəyik, imkan daxilində Rusiyadan uzaqlaş”. Ermənistan dinləyib tələyə düşəndən sonra nə olacaq, heç kimin vecinə deyil. Ermənistan üçün belə oyunların sonu o olacaq ki, o özünün hərbi məğlubiyyəti ilə hərbi avantüraya sürüklənəcək”, - Fenenko bildirib.скачать dle 12.1