Bia.Az

Masazır gölü quruyur, yoxsa, qurudulur? – Təbii sərvətlərimiz tikinti biznesinə qurban verilir

Fakt
 23-08-2023, 14:11     590

Bakıdan 21 kilometr uzaqlıqda yerləşən Masazır gölü qurudulur. Ətrafda yaşayan sakinlər bildirir ki, dayanmadan gölün kənarlarına “Kamaz”larla zir-zibil və torpaq daşınır. Mühafizə olunan əraziyə hansı səbəbdən torpaq töküldüyü açıqlanmır. Masazır qəsəbəsi ilə yanaşı ətraf yaşayış məntəqələrinin müalicəvi hava ilə təmin olunmasında əvəzsiz rol oynayan gölün qurudulması sakinləri əvvəllər də ciddi narahat edib, onlar müvafiq dövlət qurumlarından gölün torpaqla doldurulmasına aydınlıq gətirilməsini tələb ediblər.

Müvafiq qurumlar isə gölün qurumasını gah havaların quraqlıq keçməsi, yağıntıların azalması ilə, gah da gölə axıdılan kanalizasiya sularının qarşısının alınması ilə izah edirlər. Gah da deyirlər ki, göl qurudulmalıdır ki, yerin altından çıxan duzlar yığılsın. Amma o prosesin davamlı olması üçün göl yenidən su ilə doldurulmalıdır axı.
Ancaq aşkar müşahidə olunur ki, gölün quruması, doldurulması ilə paralel olaraq onun ətrafında qanunsuz tikilən sənədsiz evlərin də sayı “yağışdan sonra çıxan göbələk” kimi artır. Onu da qeyd edək ki, evlər bir-birinə o qədər yaxın məsafədə tikilir ki, birində yanğın törənsə, digərlərinə çox asanlıqla adlayar və yanğının miqyasını azaltmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları da daxil ola bilməz. Bu mənfi tendensiyada yerli icra hakimiyyəti və bələdiyyə ilə yanaşı, əlbəttə ki, Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi idarələrinin də məsuliyyəti böyükdür. Böyük Çin Səddi kimi hətta kosmosdan baxanda da görünən bu çoxsaylı tikililərin əraziyə nəzarət etmək vəzifəsi daşıyan qurumların vəzifəli şəxslərinin gözünə sataşmaması əsla inandırıcı deyildir. Onlar yalnız maklerləri tanıyır və onlardan hesab tələb etməklə işlərini bitmiş sayırlar. Məsul vəzifəli şəxslərdən biri ETSN-nin Sumqayıt 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadovdur. Adam vaxtilə Xaçmaz 5 saylı RETSİ-də rəhbər vəzifədə işlədiyi vaxt çayları, Bakı şəhəri 15 saylı RETSİ-də rəis olduğu vaxt isə yaşıllıqların məhv edilərək qanunsuz tikintilərə qurban getməsinə rəvac verib. O, heç vaxt xidməti ərazisində atmosfer havasının, su hövzələrinin, torpağın, yerin təkinin, yeraltı və yerüstü təbii sərvətlərin, faunanın, floranın (o cümlədən yaşıllıqların), xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsi, istifadəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət etməyib, ətraf mühitə antropogen təsirlər nəticəsində ziyan dəyməsinin qarşısını almayıb. Təmənna qarşılığında bir gözü yumulu, bir gözü açıq olub. Məsuliyyəti isə Nazirlik qarşısında deyil, “yerin altını da, üstünü də bilən” nazir müavini Vüqar Kərimov qarşısında daşıyıb, onunla hesablaşmaqla vəzifəsini bitmiş hesab edib. Sözügedən gölə hətta münbit torpağın daşınaraq doldurulmasına göz yummasını da səbəbsiz saymaq, yalnız səhlənkarlığı ilə əlaqələndirmək sadəlövhlük olardı.
Masazırdakı göllə bağlı yaranmış acınacaqlı situasiya və ətrafında tikilən qanunsuz evlərin çoxalmasından sorumlu olan daha bir qurum da Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzidir. Bu Mərkəzə Vaqif Cavadovun adaşı polkovnik Vaqif Fətullayev rəhbərlik edir. Onun da tikinti norma və standartlarına uyğun olmayan tərzdə inşa olunan tikililərdən xəbərsiz olması ağlabatan görünmür.
Adları çəkilən qurumların vəzifəli şəxslərinin mövqeyini dinləməyə hazırıq.

İbrahim Hümbətov


Masazır gölü quruyur, yoxsa, qurudulur? – Təbii sərvətlərimiz tikinti biznesinə qurban verilir
Masazır gölü quruyur, yoxsa, qurudulur? – Təbii sərvətlərimiz tikinti biznesinə qurban verilir
Masazır gölü quruyur, yoxsa, qurudulur? – Təbii sərvətlərimiz tikinti biznesinə qurban verilir
Masazır gölü quruyur, yoxsa, qurudulur? – Təbii sərvətlərimiz tikinti biznesinə qurban verilir
Masazır gölü quruyur, yoxsa, qurudulur? – Təbii sərvətlərimiz tikinti biznesinə qurban verilir
Masazır gölü quruyur, yoxsa, qurudulur? – Təbii sərvətlərimiz tikinti biznesinə qurban verilir
Masazır gölü quruyur, yoxsa, qurudulur? – Təbii sərvətlərimiz tikinti biznesinə qurban verilir
Masazır gölü quruyur, yoxsa, qurudulur? – Təbii sərvətlərimiz tikinti biznesinə qurban verilir
Masazır gölü quruyur, yoxsa, qurudulur? – Təbii sərvətlərimiz tikinti biznesinə qurban verilirPAYLAŞ:000000
скачать dle 12.1