Bia.Az

Ukraynaya ŞOK TƏKLİF: Kiyev Rusiyaya verilsin, ölkənin yeni paytaxtı...

Dünya
 16-08-2023, 11:01     278

NATO Baş Katibinin Xüsusi Ofisinin direktoru Stian Yenssen Ukraynanın müharibəni bitirməsi və NATO-ya daxil olması üçün yol xəritəsini açıqlayıb.

Musavat.com-un xəbərinə görə, 2017-ci ildən bu vəzifədə olan Yenssen Norveçdə keçirilən sessiyada bildirib ki, Ukrayna ərazisinin bir hissəsini Rusiyaya verərsə, NATO üzvü ola bilər və müharibə başa çatar.

O bu qərarı yalnız Kiyevin verə biləcəyini də vurğulayıb, lakin Ukraynanın bu sözlərə reaksiyası sərt olub.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko deyib ki, Ukrayna ərazisinin bir hissəsini vermək müqabilində NATO-ya qoşulmaqla bağlı danışıqlar qətiyyən qəbuledilməzdir: 

“Biz güman edirik ki, NATO quru ticarəti ilə məşğul deyil. NATO-nun bu bəyanatı Kremlin əlini gücləndirəcək. Bunun əvəzində Ukraynanın qələbəsini və NATO-ya tam üzvlüyünü sürətləndirmək yollarını müzakirə etmək Avro-Atlantik təhlükəsizliyin marağındadır”.

NATO-nun bu təklifinə reaksiya verən Ukrayna prezidentinin müşaviri Mixail Podolyak isə bildirib ki, Əgər Putin sarsıdıcı məğlubiyyətə uğramasa, Rusiyada siyasi rejim dəyişməsə və hərbi cinayətkarlar cəzalandırılmasa, o zaman müharibə mütləq davam edəcək və Rusiya daha çoxunu tələb edəcək.

Bu reaksiyalardan sonra NATO Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bu məsələdə mövqeyinin dəyişmədiyini açıqlayıb.

Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxan Rusiyadan ilk açıqlama isə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevdən gəlib. O iddia edib ki, Ukrayna NATO-ya üzv olmaq üçün hətta paytaxt Kiyevdən də imtina etməli olacaq.

Medvedevin sözlərinə görə, ölkənin yeni paytaxtı Lvov ola bilər. 

Qeyd edək ki, Ukraynanın NATO-ya daxil olacağı tarix hələ açıqlanmayıb. NATO-nun baş katibi Yens Stoltenberq dəfələrlə vurğulayıb ki, Ukrayna münaqişə bitənə qədər alyansa qəbul edilə bilməz.скачать dle 12.1