Bia.Az

Qubad İbadoğlunun bağ evi qarət olunub - Bütün əşyaları söküb aparıblar, hətta...

Cəmiyyət
 14-08-2023, 15:44     216

ADR Partiyasının rəhbəri Qubad İbadoğlu həbs edilməzdən əvvəl qarətlə üzləşib.

DİA.AZ-ın bildirdiyinə görə, Gununsesi.info özəl mənbələrə istinadən xəbər verir ki, iqtisadçı professorun Bakıda yerləşən bağ evi talan edilib.

Belə ki, İbadoğlu Londondan Bakıya dönərkən ailə üzvləri ilə birlikdə şəhər kənarında yerləşən bağ evinə baş çəkib. Bu zaman onlar evdəki bütün əşyaların oğurlandığının, hətta kombi və qızıdırıcı radiatorların da sökülərək aparıldığının şahidi olublar.

Onların oğurluq faktı ilə bağlı polisə müraciət edib-etmədikləri məlum deyil.
скачать dle 12.1