Bia.Az

Niyə qadınlar daha dərin basdırılır? - SƏBƏBLƏRİ

Cəmiyyət
 11-08-2023, 01:37     311

Qadın mərhumlar dəfn olunarkən, kişilərdən daha dərinə basdırılır.

Bəziləri iddia edir ki, qadın kişidən ona görə dərinə basdırılır ki, torpağın altında da naməhrəmlərin gözündən qorunsun.

El arasında buna müxtəlif səbəblər gətirənlər olur.
Görəsən bunun həqiqətən dində anlamı nədir?
İlahiyatçı Tural İrfan açıqlamasında qeyd edib ki, bu adət olaraq edilir.
"Ümumiyyətlə şəriətdə vacib bir hökm yoxdur ki, qadın kişidən dəridə basdırılmalıdır. Sadəcə örf deyilən bir şey var. Buna adət deyirlər. Yəni o örfə görə qadınlar bir qədər bəzi bölgələrimizdə, bəzi müsəlman ölkələrində bir qədər dərindən basdırılır. Onun da bir məcazi mənası var. Bu cür izah edirlər ki, o məhşər günü insanlar dirilib məzarından qalxanda qadınlar ayaqüstə duranda onların qəbir boğazına kimi, kişilərdə qurşağa kimi olmalıdır. Qadın və kişilərin naməhrəm yerləri, əzaları vardır ki, bu orqanlara başqalarının baxması qadağandır. Kişidə bu yerlər qurşaqla diz arasıdır. Qadında isə üz, əllər və topuqdan aşağı ayaqlardan başqa bütün yerləridir. Yəni bu əzaları qadına naməhrəm olanlar görə bilməzlər.
Qadın kişidən dərinə basdırılır ki, Qiyamət günü dirilib qəbirdə ayaq üstə qalxanda qadının naməhrəm yerləri, sinə hissəsi görsənməsin. Kişilərdə isə bu yerlər qurşaqdan aşağı hissələr hesab olunduğundan bu dərinliyə səbəb yoxdur"
İlahiyyatçı tibb mütəxəssislərinin bunu müxtəlif izah etdiklərini bildirib.
"Tibb müxətəssisləri isə bunu başqa cür izah edirlər. Qadınlarda bir qədər bədən quruluşu yumşaq olduğuna görə onların çürümə prosesində daha çox bakteriya yayılması mənasında deyirlər ki, ona görə guya dərin basdırlır. Amma dində bəli belə adətlər var. Lakin vacib deyil. Qəti bir hökm yoxdur ki, hökmən bu formada basdırılmalıdır. Fərq etməz əsas odur ki, şəriətdə belədir ki, insanların qoxusu çıxmayacaq, təbiətə və başqa insanlara zərər, mikrob yaymış olmayacaq şəkildə dəfn edilməlidir".//Mənbə: referans скачать dle 12.1