Arxiv

Oxunub:22 / 17 iy 07:00dunya

Tramp: "Rusiya ilə möhtəşəm işlər görəcəyik" — Helsinkidə baş tutan kritik görüş bitdi + FOTO + VİDEO



Tramp: "Rusiya ilə möhtəşəm işlər görəcəyik" — Helsinkidə baş tutan kritik görüş bitdi + FOTO + VİDEO














ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putinin Finlandiyanın paytaxtı Helsinkidə görüşdüyü zirvə sona çatıb.
Görüş 1 saat yarım mətbuata qapalı, ümumilikdə isə 4 saat çəkib.

Görüşdən sonra ABŞ prezidenti Donald Tramp bildirib ki, hər kəs üçün çox yaxşı bir başlanğıc oldu. O, bildirib ki, birlikdə möhtəşəm işlər görəcəklər.

Putin isə qeyd edib ki, münasibətlərin yaxşılaşmasında ilk addım atıldı:

"Nüvə silahlarının məhdudlaşdırılması məsələsini də müzakirə etdik. Düşünürəm ki, Trampla bir-birimizi başa düşdük".
O, ABŞ-dakı seçki qalmaqalına da toxunub:

"ABŞ seçkilərinə əsla qarışmadım, qarışmayacağıq". Putin həmçinin Trampdan seçkilərə müdaxilə ilə bağlı sübut təqdim edilməsini istəyib.

Tramp isə qeyd edib ki, yaxşı formada olmayan münasibətləri 4 saata yaxşılaşdırıblar: "Biz dünyanın iki supergücüyük. Bütün dünya bizim münasibətlərimizin yaxşı olmasını istəyir. Qarşılıqlı əlaqələrin tezliklə faydalarını görəcəyik. İki ölkənin yaxşı əlaqələri yüz minlərlə insanın həyatını xilas etmə potensialına malikdir. Keçmişdə hər iki tərəf səhvlər edib. Amma əsas odur ki, əlaqələrin təməlini qoyduq. Seçkilərə gəldikdə isə, Hilari Klintonu asanlıqla məğlub etdim, burda heç bir hiylə olmayıb".