Bia.Az

Papadan AB-yə çağırış: Hara getmək istəyirsiniz?

Dünya
 4-08-2023, 01:50     252

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Avropa Birliyini (AB) Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh diplomatiyasını inkişaf etdirməyə çağırıb.

Axar.az xəbər verir ki, Papa Fransisk AB-nin münaqişələrin həlli istiqamətində səylərini artırmasının vacibliyini vurğulayıb.

“Dünyanın əsl Avropaya ehtiyacı var. Avropa Aralıq dənizi, Afrika və Yaxın Şərqdə körpü rolunu oynamalı və barışdırıcı funksiya yerinə yetirməlidir. Münaqişələrin həlli və gərginliyin azaldılması üçün dinc diplomatiya qurulmalıdır. Əgər siz dünyaya Ukraynadakı müharibəni və bu qədər qan tökülməsinə səbəb olan çoxsaylı münaqişələri dayandırmaq üçün sülh vasitələri təklif etmirsinizsə, hansı istiqamətə yol almaq istəyirsiniz? Silahlanmaya deyil, insan kapitalına sərmayə qoymaq lazımdır”, - Papa qeyd edib.скачать dle 12.1