Bia.Az

Ürəkləri istəyən qiyməti “oxuyan” gömrük əməkdaşları

Fakt
 27-07-2023, 16:16     609

“PATRUL.AZ” media şirkətinin rəhbəri Səməndər Niftəliyev bildirir ki, Koreyadan 2015-ci il istehsalı olan Kia Carnival marka modelli avtomobili 7700 dollara alıb. Avtomobilin Azərbayacana gətirilməsi üçün də 2530, yəni ümumi 10230 dollar ödənilib. Avtomobilin rəsmi alış sənədi, bank yolu ilə ödəniş qəbzlərində də qeyd olunan məbləğlər öz əksini tapıb. Lakin avtomobili qeydiyyata saldırmaq istəyərkən ona əvvəlcə 13500, çox xahiş-minnətdən sonra isə dırnaqarası güzəşt edilərək 12500 dollar qiymət təyin olunub. Soruşa bilərsiniz ki, “bu qiymət necə təyin olunub?” Qısa, konkret : “Gömrük əməkdaşının ürəyi belə istəyib”.  Əməkdaşın ürəyinin belə istəməsi isə ortada vətəndaşın ziyanına olaraq 694 manat 26 qəpik fərq yaradır. Yəni vətəndaşın əlində olan rəsmi ödəniş qəbzləri ilə dövlət gömrük komitəsinin rəsmi saytında hesablama etdikdə gömrük rüsumu kimi 11443.26 manat çıxır, ancaq gömrük əməkdaşının ürəyi istəyən qiymətlə hesabladıqda 12138.24 manat. 
Hə, onu da deyə bilərsiniz ki, “bəs vətəndaş nəyə görə əməkdaşa etirazını bildirməyib”? Sözsüz ki, bildirib. Cavab isə “ürəyin kimə istəyir şikayət elə olub”. Görünən odur ki, bu əməkdaşa görə ölkə yazılı qanunlarla yox, kimin ürəyi nə cür istəyir elə idarə olunur. Bizim isə ürəyimiz istəyir ki, bu vətəndaş qanunamüvafiq şəkildə, rəsmi qaydada göstərilənə uyğun olaraq öz avtomobilini rəsmiləşdirib qeydiyyata salsın. 
Əgər dövlət gömrük komitəsi səlahiyyətlilərindən kiminsə ürəyi istəyib cavab mövqeyi bildirmək istəsə işıqlandırmağa hazırıq.скачать dle 12.1