Bia.Az

“Sən kimsən ki, Cavanşir Məmmədovun qızını…” – Qalmaqal böyüyür

Cəmiyyət
 27-07-2023, 14:44     270

Ümumiyyətlə, televiziya proqramlarımda ailə-məişət məsələlərinin müzakirəyə çıxarılması, yaxud kiminsə uşağının atasını axtarması heç bir halda düz deyil”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.

Televiziya proqramlarının indiki vəziyyətindən, eləcə də ailə-məişət məsələlərinin canlı efirlərdə müzakirə edilməsindən söz açan sənətçi bunları biabırçılıq adlandırıb.

“Cavanşir Məmmədovun skandalını yada salım. Oradakı aparıcı xanım var, deyəsən, adı Lalədir.  Axı sən məhkəmə deyilsən, sən kimsən?! Sən veriliş aparıcısısan, reytinq xətrinə camaatın evinə, ailəsinə niyə daxil olursan? Yaxud onun qızının tanışlarından niyə açıqlama alırsan?! Bu, televiziyaya aid deyil, əsl televiziya başqa şeydir”.

“Mən “AzTV”də böyümüşəm, biz belə şey görməmişik. İndiki televiziya biabırçılıqdır. Televiziyada musiqidən, ədəbi, ictimai verilişlərdən danışarlar, baş verən hadisələri işıqlandırarlar. Daha qoca arvadı canlı efirdə evləndirməkdən yox. Yaxud filankəsin oğlunu axtarırlar. Sən özünü nə hesab edirsən?! Sən xalqın uşağını niyə axtarırsan?! Deməli, sənin burada marağın var. Belə adamlar həm də televiziyaya reytinq gətirir axı. Hər şeyi indi pula qurban ediblər. Mənim danışdıqlarım reallıqlardır ki, hazırda başımızda çatlayıb. Ona görə də xalqımız bir-birinə laqeyd olub, bacı belə qardaşa inanmır. Televizoru açıb belə şeyləri görəndə adam heç yaşamaq istəmir”, – Ə. Mirəliyev əlavə edib.
“Yığışdırın bu zibilləri! Gedin bir işlə məşğul olun. İnsanları bir-birinə vurmaq, düşmən etməkdə nə qazanırsınız?! Reytinq! Bəs xalqın gələcəyini fikirləşmirsiniz?! Cavan-cavan uşaqlar baxırlar, ancaq mənasız sözlər, verilişlər. İstəyir, Lalənin, istərsə də Xoşqədəmin verilişi, yaxud da qeyrisi, hamısı elə bir multifilmdir. Ayıbdır axı. Bizim nənə-babalarımız bizə bunları öyrədib?! Televiziyalar tamam başqa yola çıxıblar. Bunlar Azərbaycan milli mentalitetinin xəttindən ayrılıb tamamilə başqa xəttə gedirlər. Bu qədər biabırçılıq da olmaz axı!”, – həmsöhbətimiz fikirlərini tamamlayıb.скачать dle 12.1