Bia.Az

Zeynəb Xanlarovanın qudası məhkəməlik oldu - Məcburi gətiriləcək - FOTO

Cəmiyyət
 27-07-2023, 14:36     275

Tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.


Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda 39 nəfər şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
İş üzrə 43 nəfər şahid kimi tanınsa da, onlardan cəmi 4-ü məhkəməyə gəlib. Digərləri isə bildiriş göndərilsə də, prosesdə iştirak etməkdən yayınırlar.


Məcburi gətiriləcək şahidlər siyahısında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimova və baş mühasib Züriyyə Cəfərova da var.

Qərarın icrası polisə həvalə edilib.






54 il AMEA-da çalışan tarix elmləri doktoru Maisə Rəhimova 2021-ci ildə işdən çıxarılıb. Həmin vaxt AMEA-nın prezidenti Ramiz Mehdiyev idi.

M.Rəhimova Xalq artisti Zeynəb Xanlarovanın qudasıdır.


Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.


Fotoda Səbuhi Hüseynov



Şərhlər
скачать dle 12.1