Bia.Az

Ermənilər Azərbaycana qarşı aksiya keçirdi -FOTO

Cəmiyyət
 26-07-2023, 17:41     241

Tehranda ermənilər Azərbaycana qarşı etiraz aksiyası keçirib.


Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb. 

Aksiya iştirakçıları Tehranda erməni kilisəsinin önünə toplaşaraq Azərbaycan Respublikasının guya Qarabağı mühasirədə saxladığını iddia edib.
 
İran hökumətinin razılığı ilə keçirilən aksiyada Azərbaycana qarşı şüarlar səsləndirilib, çıxışlar edilib.
 
Aksiyaya toplaşan ermənilər əllərində "NATO-nun Turan dəhlizinə yox", "Artsaxın mühasirəsinə son verilsin", "Bakının Qafqazdakı hegomonluğuna yox deyirik", "Qafqazda erməni xalqının təhlükəsizliyi təmin edilməlidir" kimi şüarlar yazılan plakatlar qaldırıblar.
 
Aksiyaçılar qarşısında çıxış edən erməni keşişlər və başqaları İran rəsmilərinin Zəngəzur dəhlizi barədə iddialarını təkrar edib, İrana bununla bağlı mövqeyinə görə təşəkkür ediblər.
 






скачать dle 12.1