Bia.Az

Urmiyada milli fəallar həbs edildi

Hadisə
 24-07-2023, 11:31     303

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində fəallar Meysəm Şirini və Rəsul Əsədzadə təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Yenipress.az xəbər verir ki, bu barədə onların yaxınları məlumat yayıb.

Məlumatda hər iki şəxsin həbsi zamanı evlərində axtarış aparıldığı, onlara məxsus şəxsi əşyaların, o cümlədən, kompüter və mobil telefonlarının götürüldüyü bildirilib.


Meysəm Şirini Urmiya həbsxanasına köçürülüb. Rəsul Əsədzadənin isə hara aparıldığı barədə məlumat əldə etmək mümkün olmayıb.


Qeyd edək ki, Meysəm Şirini 2022-ci ilin noyabr ayının 16-da da həbs edilib, bir müddət sonra girov qarşılığında sərbəst buraxılmışdı.скачать dle 12.1