Bia.Az

Putin: Bu, Stalinin Polşaya hədiyyəsidir

Dünya
 21-07-2023, 15:13     226

Polşa Stalinin mövqeyi sayəsində çoxlu torpaqlar əldə edib.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bu cür aqressiv siyasətin Polşa üçün necə nəticələndiyini də xatırlatmaq istəyirəm. Bu, 1939-cu ilin milli faciəsi ilə başa çatdı. Polşa Qərb müttəfiqləri tərəfindən alman hərb maşınının altına atıldı, sonra isə Varşava Sovet İttifaqının sayəsində müstəqilliyini və dövlətçiliyini bərpa etdi. Və məhz Sovet İttifaqının, Stalinin mövqeyi sayəsində Polşa Qərbdə əhəmiyyətli torpaqlar, Almaniya torpaqlarını aldı. Məhz belədir, indiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir. Varşavadakı dostlarımız bunu unudublarmı? Xatırlatacağıq!” – o bildirib.


Rusiya Prezidenti ölkənin Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinə Polşanın Ukrayna ilə bağlı planlarını izləməyi tapşırıb.скачать dle 12.1