Bia.Az

Ermənistandan Rusiyaya avtomobil ixracı artıb - ŞÜBHƏLİ rəqəmlər

Dünya
 19-07-2023, 18:12     229

Ermənistandan Rusiyaya avtomobil ixracı 2022-ci ilin yanvarında 800 min dollardan 2023-cü ilin yanvarında 180 milyon dollara qədər artıb. Üstəlik, Ermənistanın özünün hər hansı avtomobil istehsalı yoxdur.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

“Forbes.ru” saytının məlumatına görə, Ukraynada baş verən hadisələr fonunda Rusiyada “BMW”, “Audi” və digər markaların avtosalonları bağlanıb.

Satıcı və alıcıların fikrincə, Ermənistan vasitəsilə Rusiyaya gedən avtomobillərin əksəriyyəti ABŞ-dan Gürcüstanın Poti limanı vasitəsilə gəlir. İstifadə edilmiş və bir çoxu xarab vəziyyətdə olan avtomobillər ABŞ-da sığorta hərraclarından alınır. Daha sonra onlar Gürcüstanda və ya Ermənistanda təmir olunur. Təmirdən sonra avtomobillər Rusiya ilə rüsumsuz ticarət aparan Ermənistanda gömrük rəsmiləşdirilməsindən keçir. Gümrü vasitəsilə maşınlar yenidən Gürcüstanla sərhədi keçərək Rusiyaya göndərilir və orada öz dəyərindən qat-qat baha satılır.

“Belə bir sxem satıcılara dəyəri 50 min avrodan çox olan avtomobillərin ixracına Avropa Birliyinin qadağasından yan keçməyə imkan verir”, - deyə qəzet yazır.

FT-nin yazdığına görə, 2022-ci ilin yanvarında Ermənistan ABŞ-dan 2,8 milyon dollar dəyərində avtomobil idxal edib, bir il sonra isə bu məbləğ 29,5 milyon dollara yüksəlib. 2023-cü ilin aprelində Ermənistana 34 milyon dollar dəyərində ABŞ avtomobilləri gətirilib.скачать dle 12.1