Bia.Az

Avropa Şurası təmsilçiləri Laçın yolunun girişində

Siyasət
 8-07-2023, 12:08     282

Ermənistana səfər edən Avropa Şurasının nümayəndə heyəti Laçın yolunun girişinə, Həkəri körpüsü istiqamətinə baş çəkib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın Avropa Şurasındakı daimi nümayəndəsi Arman Xaçatryan açıqlama yayıb.

O, Twitter-dəki qeydlərində iddia edib ki, bu səfər bölgədəki vəziyyəti daha yaxşı öyrənmək, Qarabağdakı əhalinin “üzləşdiyi ciddi humanitar nəticələri və insan hüquqlarının pozulmasını görmək imkanıdır”.

P.S.Maraqlıdır, AŞ təmsilçiləri Həkəri körpüsü üzərindəki sərhəd buraxılış məntəqəsində ermənilərin beynəlxalq hüquqla təsbit edilmiş qaydalara əməl etməklə hər iki tərəfə sərbəst hərəkət etmələrini gördülərmi, yoxsa görməzdən gəldilər?..


94616dc7-8388-4c3a-8714-c0d788da2e99.jpg (252 KB)скачать dle 12.1