Bia.Az

Lavrovdan “Vaqner”in qiyamı ilə bağlı daha bir açıqlama

Dünya
 30-06-2023, 14:02     347

“Vaqner” hərbi şirkətinin silahlı qiyamı Rusiyadakı sabitliyə təsir etməyib.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 30-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Qərbdə kiminsə Rusiyadakı sabitliyə şübhəsi varsa, bu, onların öz problemidir:

“Qərb Rusiyanın milli maraqlarından narahat olmasın. Biz bütün çətinliklərdən əvvəlkinə nisbətən daha güclü çıxmışıq”.

Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.

Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.

Daha sonra Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.скачать dle 12.1