Bia.Az

Gəncəni yolxucu xəsətəliklərin mənbəyinə çevirən stomatoloji kabinetlər bürüyüb - Bəs, hüquq-mühafizə orqanları hara baxır?

Cəmiyyət
 27-06-2023, 11:26     302

Əgər 20 il öncə xəstələr diş klinikalarının azlığından şikayətçi idilərsə, indi tamam fərqli vəziyyət yaranıb. Xəsətələr indi belə klinikaların çoxluğundan, antisanitar və s. qaydalara əməl edilməməsindən narazıdırlar. Diş klinikaları hepatıt və bu kimi digər yolxucu xəstəliklərin yayıcısı kimi də qəbul edilir?

Bu haqda Dünyanınsəsi.Az saytına Gəncə sakinləri tərəfindən çoxsaylı şikayətlər daxil olub.
Şikayətçilər qeyd edirlər ki, viral hepatitlər hazırda qlobal olaraq geniş yayılıb: “Hepatit B və C infeksion virus xəstəlikdir, yoluxma zamanı qaraciyər zədələnir və qaraciyər iltihabını – hepatit əmələ gətirir. Əksər hallarda simptomlar müşahidə olunmur, lakin sonrakı gedişatda qaraciyərin strukturunun geridönməz dəyişilməsi və zədələnməsi – qaraciyər sirrozu ilə nəticələnir.
Belə stamatoloji kabinetlərdən biri də Gəncə şəhər, D.Qorqud küçəsi, 71A ünvanında “Pasha.dent” adıyla faəliyyət göstərir.
Halbuki bu ad “Pasha Dental Group”na aiddir.Apardığımız qısa araşdırma zamanı o da məlum oldu ki, Gəncədəki “Pasha.Dent”in bu qruba aidiyyatı yoxdur.
Həm də sözügedən ünvan nə “Stomatoloji tibb müəssisələrə (kabinetlərə) dair sanitariya-gigiyena tələbləri”nə cavab verir nə də ki, tələb olunan stamotoloji lisenziyası yoxdur.
“DünyanınSəsi” olaraq Gəncə şəhərində bir çox ünvanlarda araşdırma aparmağa qərar verdik.Nəticədə məlum oldu ki, əksəriyyəti əhaliyə lisenziyası olmayan Stomatoloji kabinetlər xidmət göstərir.
Bəs lisenziyası olmayan stomatoloji kabinetlərin fəaliyyətinə kimlər göz yumur?
Məlumat üçün qeyd edək ki, stomatoloji xidmətlərin göstərilməsi üzrə lisenziyalar aşagıdakı şərtlər əsasında verilir.
Tibb fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziyanın) verilməsi qaydaları Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq edilib, lisenziyanın verilməsi prosesi bu qaydaları ilə tənzimlənir.
Bu qaydalar əsasında lisenziya almaq istəyən şəxs müvafiq ərizə ilə Səhiyyə Nazirliyinə müraciət etməli və tələb olunan sənədləri təqdim etməlidir.
Ərizəçinin fəaliyyət obyekti Səhiyyə Nazirinin 07.04.2009-cu il tarixli 37 nömrəli və 15.04.2010-cu il tarixli 21 nömrəli əmrləri ilə müvafiq olaraq təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar”ına və “Stomatoloji tibb müəssisələrə (kabinetlərə) dair sanitariya-gigiyena tələbləri”nə cavab verməlidir. İmtina üçün əsas olmadıqda ərizəçidən lisenziya verilməsinə görə dövlət rüsumunun ödənilməsi xahiş olunur, bu rüsumun ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra ərizəçiyə lisenziya verilir.
Redaksiya olaraq inanırıq ki, həm Gəncə şəhər Baş Polis İdarəsinin İTB-nin rəhbərliyi, həm də Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Gəncəni xərçəng vəzi kimi bürümüş lisenziyasız fəaliyyət göstərən stamatoloji kabinetlərin faəliyyətlərini dondurmaqla onları məsuliyyətə cəlb edəcəkdir.
Qeyd etdiyimiz faktlarla bağlı maraqlı tərəflərin də mövqeyini dərc edə bilərik.скачать dle 12.1