Bia.Az

Türkiyədə qiyamçı polkovnik ələ keçdi

Dünya
 16-06-2023, 02:13     577

Türkiyənin İzmir vilayətinin Urla ilçəsi sahillərində polisin qayığa təşkil etdiyi əməliyyat zaman xaricə qanunsuz yollarla qaçmağa çalışan 8 nəfər yaxalanıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Polşa bayrağı altında üzən “Gəzgin” gəmisində baş tutan əməliyyatda saxlanılanlar arasında qiyamçı polkovnik, FETÖ-çu Uzay Şahinin də olduğu məlum olub.


Bildirilib ki, Uzay Şahin çevriliş cəhdi gecəsi (2016-ci il, 15 iyul) Qəhrəmanmaraşdan İstanbula gələrək prosesdə aktiv iştirak etmişdi. Lakin qiyamın uğursuzluğu səbəbindən uzun müddətdir ki, hüquq-mühafizə orqanlarından gizlənməyi bacarmışdı.


Qeyd edək ki, ötən gün Təkirdağda da FETÖ-çü polkovnik ələ keçirilib.скачать dle 12.1