Bia.Az

Paşinyanı qorxuya salan AÇIQLAMA: Onu devirmək üçün...

Dünya
 16-06-2023, 02:09     550

Ermənistan parlamentinin deputatı, revanşist Aqvan Vardanyan ölkədə ən radikal addımları atmağa hazır olan 200-250 nəfər insan olduğunu deyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, bu gün parlamentdə jurnalistlərlə söhbətində danışıb.
Vardanyanın sözlərinə görə, yalnız dövlət dəyərlərinin qorunması naminə hər şeyə hazır olanları siyasi elita adlandırmaq olar.
WhatsApp Image 2023-06-15 at 21.01.30.jpeg (293 KB)
“Təəssüflər olsun ki, indi siyasi sahə parçalanıb və hazırda onu vahid gündəm ətrafında, vəziyyətə vahid baxış altında birləşdirmək lazımdır”, deyə o əlavə edib.

“Bu insanların missiyası siyasi yolla ölkəni mövcud hakimiyyətdən azad etmək olmalıdır. Ona görə də bu qrup insanların özəyi gələcək hökumətin bir hissəsi olacaq”, - deyə, Vardanyan bildirib.

Revanşist siyasətçi artıq 200-250 nəfərlik siyahı hazırladığını və nə vaxtsa onların razılığı olmadan bu siyahını dərc edəcəyini deyib.
скачать dle 12.1