Bia.Az

Paşinyanın təxribatının arxasında bu ölkə dayanır

Siyasət
 12-05-2023, 11:55     255

Ermənistanın növbəti təxribatı onun mahiyyətini bir daha ortaya qoydu. Erməni tərəfi 30 il danışıqları uzatdı. Amma onlar konstruktiv mövqe sərgiləmədi. Belə olsa idi, bu qədər qan tökülməzdi.

Axar.az xəbər verir ki, bu sözləri bu gün Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, Fransa özünün ermənipərəsət siyasətinə nəhayət son qoymalıdır:

“Ermənistana bu kimi məsələlərdə Fransa kimi ölkələr dəstək verir. Bu gün qardaş Türkiyədə bəzi siyasətçilərin, prezidentliyə namizədlərin yanaşması da təəssüf doğurur. Ona görə, Azərbaycan Fransanın iştirakı ilə heç bir sülh prosesinə müsbət yanaşmayacaq. Çünki Fransa kimi ölkələr bu gün bir çoxlarına bölgədə prosesləri pozmaq üçün təlimatlar verir”.скачать dle 12.1