Bia.Az

“PUTİN TİFLİSƏ ORDU YERİTMƏYƏ ZƏMİN HAZIRLAYIR” – Saakaşvilidən sensasiyalı açıqlama

Dünya
 11-05-2023, 23:14     198

“Gürcüstanda Putini heç kəs mənim kimi yaxşı tanımır. Özünün dünənki gedişi ilə o, gürcülərin rəğbətini qazanamağa deyil, Tiflisə ordu yeritmək üçün zəmin hazırlayır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili sosial şəbəkədəki hesabında yazıb.
Saakaşvili Putinin 2008-ci ildə bunu edə bilmədiyinə görə onu və gürcü xalqına bağışlamadığını bildirib:


 “O, Gürcüstanın Avropa İttifaqına namizədlik qərarını gözləməyəcək, buna qədər daha cəld hərəkət edəcək. Odur ki, cəmiyyətin həmrəyliyi heç vaxt olmadığı qədər vacibdir. Qoy Putin görsün ki, onu irəlidə asan yollar gözləmir”.

Saakaşvili öz sağlamlığı barədə də yazıb. Onun sözlərinə görə, gündəlik qan plazması vurulmalıdır. Çünki qan analizlərində ciddi problemlər var.
Sabiq Prezident deyib ki, onun vəkillərinə tibbi sənədləri almaqda mane olurlar:


 “Bizi ləngidirlər ki, sənədləri vaxtında Strasburqa çatdıra bilməyək. Həmin məqsədlə Avropa İttifaqından olan həkimləri məni müayinə etməsinə imkan verimirlər”.скачать dle 12.1