Bia.Az

Gəncədə xəstəxanada yanğın: xəstə boğularaq öldü – Foto

Hadisə
 26-04-2023, 11:52     262

Gəncə şəhərində 1 saylı Abbas Səhhət adına Xəstəxanada yanğın baş verib.

Hurriyyet.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri cəlb olunub.
Yanğının terapiya şöbəsində baş verdiyi bildirilib.
Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub.
***
Gəncə şəhərində Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verən yanğın söndürülüb.
Məlumata görə, reanimasiya şöbəsində qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb.
Bu zaman həm xəstəxana işçiləri, həm də pasiyentlər arasında tüstüdən zəhərlənənlər olub.

***

Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın binanın zirzəmisində yerləşən elektrik şkafında baş verib.

Oxu.az-ın əldə etdiyi məlumata görə, zirzəmidə 9 kvadratmetr ərazi yanıb.
Yanğın zamanı əmələ gələn tüstü havalandırma borusundan binanın digər mərtəbələrinə daxil olub.
Hadisə zamanı xəstəxananın reanimasiya şöbəsində yatan və ürək çatışmazlığından əziyyət çəkən xəstə tüstüdən boğulub.
Onun şəxsiyyəti dəqiqləşdirilir.скачать dle 12.1