Bia.Az

Paşinyanın sülhdən başqa alternativ yolu yoxdur – Qazinyan

Siyasət
 17-04-2023, 12:51     276

Hazırkı hakimiyyət sülhdən danışır, çünki onun başqa alternativi yoxdur. Məğlubiyyətə düçar olmuşların savaşdan danışması cəmiyyət tərəfindən qəbul edilməyəcək. Hakim komanda hakimiyyəti saxlamaq üçün mövqelərini möhkəmləndirməlidir. Və bunun üçün yeganə imkan yalnız sülh haqqında danışmaqdır.

Yenipress.az xəbər verir ki, bunu erməni politoloq Artur Qazinyan deyib.


“Yəni hakimiyyət sülh söhbətini siyasi əmtəə kimi satmağa çalışır və “əmtəə”yə tələbat olduğu üçün cəmiyyət buna müsbət reaksiya verir. 44 günlük müharibə zamanı həlak olan hərbçilərin adları və doğum tarixləri fəal şəkildə dərc olunurdu. Müharibə zamanı ölkə qələbəyə can atırsa, bunu etmək olmaz. Ölən 18 yaşlı yeniyetmələrin adlarının dərci ictimai ruhu, gələcəkləri uğrunda mübarizə aparmaq arzusunu “sındırdı”, - o bildirib.скачать dle 12.1