Bia.Az

Ermənistan MN açıqladı: Mövqe itkisi...

Siyasət
 12-04-2023, 11:28     271

Saat 08:00-a olan məlumata görə, sərhəddə vəziyyət nisbətən stabil olaraq qalır.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, dünən baş verən insidentdən sonra erməni tərəfinin mövqe itkisi yoxdur.


“Yaralı hərbçilərin səhhətində heç bir dəyişiklik yoxdur. Altı əsgərdən üçünün vəziyyəti qənaətbəxş, birinin orta-ağır, digər ikisinin vəziyyəti ağır və son dərəcə ağır qiymətləndirilir”, - məlumatda deyilib.скачать dle 12.1