Arxiv

Oxunub:58 / 03 apr 09:01sosial

Mobil operatorların fırıldağı, diqqətli olun – Bu yolla milyonlar qazanırlar – FOTO



Mobil operatorların fırıldağı, diqqətli olun – Bu yolla milyonlar qazanırlar – FOTO














Uzun illərdir min cür fırıldaqla abunəçilərin ciblərinə girən mobil operatorlar son zamanlar yenidən fəallaşıblar.

“Azercell”, “Bakcell” və ya “Nar Mobile” abunəçilərinə gələn mesajda musiqi yükləmək, video izləmək, ulduz falı və s. kimi xidmətlərə qoşulduğunuz qeyd edilir. “Novamedia” başda olmaqla kontent provayderlər GSM şirkətləri ilə müqavilə imzalayır və nömrələrimizi əldə edir. Daha sonra qazancı da aralarında bölüşdürürlər.

Provayderin göndərdiyi ismarış mətnində xidmətlərdən birinə abunə olunduğunuz və xidmət haqqı olaraq gündəlik 30 qəpikdən 60 qəpiyə qədər olduğu göstərilir. Abunəlikdən çıxmaq üçün isə “STOP” yazıb göndərmək lazımdır.

Mobil operatorların fırıldağı, diqqətli olun – Bu yolla milyonlar qazanırlar – FOTO



















Yəni, sizdən icazə alınmadan üzv etdikləri xidməti dayandırmaq üçün sizdən əlavə fəaliyyət tələb edirlər. Gündəlik yazışmalar həyata keçirən gənclər üçün bir mesaj yazmaqla xidməti dayandırmaq asandır. Ancaq texnologiya ilə təzə-təzə tanış olan yaşlı insanlar üçün bu çətinlik yaradır. Yazılmış mesajın mətnini anlamayanlar nəyə qoşulduqlarından belə xəbərsiz olurlar. Yaxud daha əvvəl reklam mətnlərindən cana yığılmış istifadəçilər ismarış mətnini sona qədər oxumadan dərhal bağlayır, hətta silirlər.

Abunəçisi olduğunuz operatorla əlaqə saxlamaq da pulludur.

Mobil operatorların fırıldağı, diqqətli olun – Bu yolla milyonlar qazanırlar – FOTO



















Günaşırı onların balansından çıxılan pullara görə mobil operatorun müştəri xidmətlərinə zəng etdikdə isə hər dəqiqəsi 15 qəpikdən hesablanan zənglə dərdlərini izah etməli olurlar.

Mobil operatorlar da özlərini “mələk” kimi göstərərək mesajların onlar tərəfindən göndərilmədiyini, hansısa sayta daxil olduğunuz üçün belə xidmətə qoşulduğunuzu deyirlər.

Yuxarıda da qeyd etdiyimiz kimi, mobil operator şirkətləri abunəçilərin nömrə detallarını kontent provayderlərə satdıqları faktı onların heç də “mələk” olmadıqlarını sübut edir.

Şikayətçilərdən biri bildirir ki, ağıllı telefonu səlist idarə edə bilmədiyi üçün sadəcə bir xidmətin elanı olduğunu düşünüb. Bir müddət balansından gedən qəpiklərin səbəbini anlaya bilməyib. “Bakcell” müştəri xidmətləri isə məsələni boynundan atmağa o qədər agah olub ki, abunəliyi sonlandırmaq üçün nə etməli olduğunu ən sonda izah edib.

Mobil operatorların fırıldağı, diqqətli olun – Bu yolla milyonlar qazanırlar – FOTO
















Bir aya 6.5 milyon manat…

Dəfələrlə şikayət edilməsinə, sosial şəbəkələrdə “Azercell” , “Bakcell” və “Nar Mobile”ə qarşı etiraz kompaniyalarının keçirilməsinə baxmayaraq, bu şirkətlər müştərilərinin hüquqlarını heçə sayıb, onların məlumatlarını ikinci bir şirkətlə paylaşmaqdan çəkinmirlər.

Görünür, bu xəmir hələ çox su aparacaq. Amma insanların cibindən oğurladıqları pulun miqdarı isə heç də su qiyməti deyil. Bu cür fırıldaqla hər ay orta hesabla 6.5 milyon manat abunələrdən oğurlandığı iddia edilir.