Bia.Az

Ən məşhur 1 aprel zarafatları - "Spartak"a gələn Maradona, Dublinə aparılan Lenin

Dünya
 1-04-2023, 12:07     315

Bu gün aprelin 1-i dünyanın bir çox ölkələrində beynəlxalq gülüş günü və ya aldatma, zarafat günü kimi qeyd edilir. Bu günlə bağlı tarixdə xeyli məzəli, maraqlı zarafatlar mövcuddur.

Musavat.com ən məşhur 1 aprel zarafatlarından bir neçəsini təqdim edir:

1957-ci ildə BBC-nin ən ilginc xəbər proqramı olan “Panorama” havaların isti keçməsi səbəbi ilə ağaclarda spagetti yetişməyə başladığını deyib. Tezliklə televiziyaya çoxsaylı telefon zəngləri daxil olmağa başlayıb. Telefonu açan BBC yetkililəri də zəng edənlərə tam ciddi şəkildə deyiblər ki, bir qutu tomat, sosiskalı spagetti əkin və tutması üçün dua edin. Sonda bunun bir zarafat olduğu məlum olub.
1962-ci ildə isə İsveçin yeganə ağ-qara yayımlanan telekanalının 1 aprel proqramına çıxan mütəxəssis, televizorun ekranına qadın corabı keçirməklə, tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini verib.
1998-ci ildə “Burger King” “USA Today” qəzetinə verdiyi elanda solaxaylar üçün xüsusi hamburger hazırlandığını bildirib. Elanda deyilib ki, ölkədəki 32 milyon solaxay üçün hazırlanmış həmin hamburgeri rahat yemək üçün o, 180 dərəcə fırlanır. Sonradan bunun 1 aprel zarafatı olduğu deyilsə də, günlərlə xeyli sayda müştəri həmin hamburgerin dadına baxmaq üçün “Burger King”ə axın edib.
1977-ci ildə İngiltərənin “The Guardian” qəzeti Hind okeanında uydurma San Şeriff respublikasının 10-cu ildönümünü qeyd etmək üçün 7 səhifəlik xüsusi buraxılışla çıxıb.
1992-ci ildə sol təmayüllü NPR radiosu 1 aprel sayında Riçard Niksonun “Pis bir iş görmədim və bir daha pis bir iş görməyəcəm” şüarı ilə prezident seçkilərində namizəd olduğunu açıqlayıb.
1995-ci ildə “Diskover” dərgisi 1 aprel sayında “Aprille Pazzo” adlı bir bioloqun Antarktidada kəlləsi yastı sümüklərdən ibarət və pinqivinləri yaxalamaq üçün buzu böyük bir sürətlə əridən yeni bir heyvan nəsli kəşf etdiyini xəbər verib.
Almaniyanın “Schlesvig-Holstein” əyalətindəki bir radio sürücülərdən Rader körpüsünü keçərkən 5 avro hazırlamalarını istəyib. İsveçrəli bir şirkətin bu körpünü satın aldığını və bayram günləri körpüdən keçid haqqı alınacağı xəbərini yayan radio əyalətin rəhbəri Heide Simonis, çox sayda siyasətçi, polis məmurları və ADAC avtomobil klubundan da dəstək alaraq onların açıqlamalarına yer verib. Lakin bu da bir zarafat olub.
1988-ci ildə Sovet İttifaqında dərc edilən “İzvestiya” qəzeti dövrünün ən yaxşı futbolçusu olan Dieqo Armando Maradonanın “pis günlərini” yaşayan “Spartak Moskva” ilə müqavilə bağladığını və bununla da ildə 6 milyon dollar alacağını yazmışdı. Xəbər böyük maraq doğursa da, sonradan bunun 1 aprel zarafatı olduğu məlum olmuşdu.
National Public Radio 1994-cü il 1 apreldə verdiyi elanda öz üzərinə "Nike" yaxud "Pepsi" döyməsi vuran hər kəsin ömürlük 10%-lik endirim alacağı deyilmişdi. Növbəti gün radio bunun bir zarafat olduğu elan edən zaman redaksiyaya gələn 20-dən artıq gənc söz verilən endirimi tələb etmişdilər.
1995-ci il aprelin 1-də "İrish Times" qəzeti Disney-in Leninin cəsədini pulla satın aldığını yazmışdı. Yazıda Disneyland-in proletariat liderinin cəsədini stroboskop altına yerləşdirəcəyi və onun fonunda Ronald Reyqanın “şər imperiyası” adlı məşhur nitqindən fraqmentlərin gedəcəyini yazırdı. Yaxınlıqdakı dükanlar isə SSRİ-yə aid yeməklər satmalı və sovet simvoliaksı təsvir olunmuş köynəklər paylamalı idi.
Məqalə çap olunduqdan az sonra "İrish Times"-a zəng edən insanlar cəsədin Moksvada qalmasını tələb edir və hiddətlərini bildirirdilər. Növbəti gün qəzət təkzib verərək, oxucularından 1 aprel zarafatına görə üzr istəsə də, narazılıq uzun müddət qalmışdı.
скачать dle 12.1