Bia.Az

Əvəz Zeynallının məhkəməsi başladı: ilk görüntülər

Siyasət
 27-03-2023, 13:16     247

“Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallının məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, artıq məhkəmə zalına ittiham olunan Əvəz Zeynallının yaxınlarının və ailə üzvlərinin buraxılması proseduruna başlanıb. 

Musavat.com-un hadisə yerində olan əməkdaşı məhkəmə önündən görüntüləri təqdim edir.

Qeyd edək ki, Əvəz Zeynallı ötən il sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilib. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib. Rüşvət ittihamı “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. “Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.
Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. “Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.
 




скачать dle 12.1