Arxiv

Oxunub:113 / 12 mar 06:19dunya

Kim Çen İn ABŞ-la sülh imzalamaq istəyir



Kim Çen İn ABŞ-la sülh imzalamaq istəyir








Cənubi Koreyanın “Tona ilbo” qəzeti yeni iddia ilə çıxış edib.
AZTB.info xəbər verir ki, məqaləyə əsasən, Şimali Koreya lideri Kim Çen İn ABŞ-la sülh müqaviləsi imzalamaq və iki ölkə arasında diplomatik münasibətlər qurmaq istəyir.

Qəzetə bu barədə məlumatı Cənubi Koreya prezident administrasiyasının yüksək vəzifəli şəxsi verib. Məlumata əsasən, Kim Çen İn bu barədə niyyətini Cənubi Koreya nümayəndə heyəti ilə Pxenyanda baş tutan görüşündə deyib.
“Kim Çen İnin əsas məqsədi ABŞ-la sülh müqaviləsi imzalamaq və normal diplomatik münasibətlər qurmaqdır. Hətta ABŞ-ın Pxenyanda səfirliyinin açılması da onun istəkləri arasındadır”, - deyə mənbə bildirib.