Bia.Az

Marqarita Simonyan Gürcüstanı hədələdi-“Tbilisiyə zərbələr endiriləcək”

Dünya
 10-03-2023, 14:21     162

Rusiyanın “RT” kanalının baş redaktoru Marqarita Simonyan Gürcüstanı təhdid edib.

Musavat.com xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

Simonyan bildirib ki, 2008-ci ilin avqustu təkrarlanarsa, heç kim Gürcüstana kömək etməyəcək:


“Sadəcə olaraq, seçim etmədən birbaşa Tbilisiyə zərbələr endiriləcək. Çünki indi hisslərlə davranmaq vaxtı deyil",-deyə Simonyan bildirib.скачать dle 12.1